37 nömrəli məktəbin şagirdləri Bülbülün ev muzeyində oldular

Dahi Azərbaycan musiqiçisi Bülbülün 120 illik yubileyi çərçivəsində 37 nömrəli məktəbin IX sinif şagirdləri 21 noyabr 2017-ci il tarixdə dahi sənətkarın ev muzeyini ziyarət etmişlər. Muzeyə ekskursiya zamanı muzeyin bələdçisi şagirdlərə sənətkarın həyat yolu və yaradıcılığı haqda ətraflı məlumat vermişdir. Ekskursiyanın sonunda şagirdlərə sənətkara həsr olunmuş bukletlər və xatirə kitabı hədiyyə edilmişdir.