"İdman sağlamlıqdır"

Bu gün məktəbimizin 5B sinif şagirdləri Azərbaycan dili müəllimi Aynurə Abbasovanın təşkilatçılığı ilə məktəbdə "İdman sağlamlıqdır" mövzusunda mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında bir qisim şagird media nümayəndələri , bir qisim şagird isə idman mütəxəssisi olaraq iştirak etmişdirlər. İdman mütəxəssisləri olaraq iştirak edən şagirdlər mətbuat nümayəndələri olan şagirdlərin yönləndirdiyi sualları cavablandırmışdır. Konfrans son dərəcə aktiv və canlı keçdi. Şagirdlər insan həyatında , cəmiyyətdə idmanın, mətbuatın rolunu canlı olaraq yaxından mənimsədiklərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi