“Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya” və “Övladlarımızı informasiya təhlükəsindən qoruyaq” mövzularında maarifləndirici tədbir
Bu gün məktəbimizdə “Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya” və “Övladlarımızı informasiya təhlükəsindən qoruyaq” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nərimanov rayonu Polis İdarəsinin Veteranlar Şurasının sədri Ramiz Məmmədov, sədr müavini Eyvaz Nurməmmədov, Yetkinlik yaşına çatmayanların işləri üzrə İnspektor Emin Zeynalov və Elşad Nəbiyev iştirak etmişlər.
Tədbir zamanı şagirdlərə narkotiklərin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, eləcə də informasiya təhlükəsizliyi və onun əhəmiyyəti barədə geniş məlumat verilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi