Gənclər Günü

Fevralın 2-də ATİAHİ-nin Şəhər və Rayon Komitələrində, eləcə də üzv təşkilatlarında Gənclər Günü münasibətilə silsilə tədbirlər təşkil edilib. Bu tədbirlər çərçivəsində gənclərin inkişafına, sosial fəallığının artırılmasına və əmək fəaliyyətində rolunun gücləndirilməsinə yönəlmiş müxtəlif görüşlər və mədəni-kütləvi proqramlar keçirilib.
Tədbirlərdə gənc müəllimlər, təhsil işçiləri və tələbələr iştirak edərək peşəkar inkişaf, hüquqlar və gələcək perspektivlər barədə müzakirələr aparıblar. Bundan əlavə, bir sıra komitələrdə fərqlənən gənc müəllimlər mükafatlandırılıb, onların fəaliyyəti yüksək qiymətləndirilib.
ATİAHİ Respublika Komitəsi bu əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edir və onlara uğurlar arzulayır.