Pedaqoji Şuranın iclası
Bu gün məktəbimizdə Pedaqoji Şuranın iclası keçirildi. İclasda geniş məruzə ilə çıxış edən məktəbin direktoru Məhəbbət xanım Əsgərova 2024-2025-ci tədris ilində birinci yarımilin yekunları, sinif və elektron jurnalların işlənməsi, təlim-tərbiyə işinin təkmilləşdirilməsi, şagird davranış qaydalarının tətbiqi vəziyyəti haqqında məlumat verib.
Şagirdlərin daha çox müsabiqə və layihələrdə iştiraklarına maraq yaratmağın yolları və digər məsələlər müzakirə edilərək sonda müvafiq qərarlar qəbul olunmuşdur.