DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş
16.01.2025-ci il tarixdə Bakı şəhər Nərimanov rayonu 37 nömrəli tam orta məktəbdə DİN Polis Akademiyasının Cinayət Hüquq Kafedrasının müəllimi Baş Leytenant Rəhimov İmamverdi Məcnun oğlu, Polis Akademiyasının Hüquq fakuktəsinin I kurs tələbəsi məktəbimizin məzunu olmuş Gülməmmədov Amir Asif oğlu və GÇH rəhbəri Cabbarov Abdulla müəllimin iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyyələr verilmişdir.