Şagird davranış qaydaları mövzusunda nizam-intizam şurasının növbəti iclası
Şagird davranış qaydaları mövzusunda nizam-intizam şurasının növbəti iclası keçirildi.
Müzakirə Edilən Mövzular:
Məktəbdaxili Nizam-İntizam Qaydaları
Məktəb nizamının artırılması, şagirdlərin davranış qaydalarının daha geniş şəkildə tətbiq olunması məsələsi müzakirə edildi.
Müəllimlərə şagirdlərin davranışlarını izləmə və lazımi qaydalara uyğun şəkildə müdaxilə etməyi tapşırığı verildi.
Hər bir şagirdin nizam- intizam qaydalarına əməl etməsi üçün sinif rəhbərləri tərəfindən aylıq hesabatların hazırlanması qərara alındı.
Şagird Geyimi
Şagirdlərin geyim standartları nəzərdən keçirildi. Uniforma geyim qaydalarına uyğunluq təmin edilməsi və uyğun olmayan geyimlərin aradan qaldırılması barədə qərar qəbul edildi.
Sinif rəhbərlərinə hər həftə geyim yoxlaması keçirilməsi tapşırıldı. Şagirdlərin təmizlik və qaydalara uyğun geyimindəki pozuntulara görə xəbərdarlıq edilməli olduğu bildirildi.
Dərsə Davamiyyət
Dərsə davamiyyətin vəziyyəti müzakirə olundu. Davamiyyətin yaxşılaşdırılması məqsədilə, valideynlərlə mütəmadi əlaqə qurulacağı qərara alındı.
Xüsusilə dərslərdən yayınan şagirdlər üçün dərsə davamiyyətin vacibliyi haqqında maarifləndirici seminarların keçirilməsi qərara alındı.
Sinif rəhbərlərinə hər gün davamiyyətin izlənməsi və qeyri-davamiyyət hallarında valideynlərə məlumat verilməsi tapşırıldı.
Koridorlarda Nümunəvi Davranış
Koridorlarda şagirdlərin səs-küylü davranışları və hərəkət qaydaları müzakirə edildi.
Məktəbin hər bir koridorunda “Nümunəvi Davranış” qaydalarına riayət edilməsi üçün lövhələrin yerləşdirilməsi qərara alındı.
Həmçinin, müəllimlər tərəfindən koridorlarda nəzarətin gücləndirilməsi və qaydalara riayət etməyən şagirdlərə xəbərdarlıq edilməsi tapşırıldı.
Müəllimlərin Növbətçilik Cədvəli
Müəllimlərin növbətçilik cədvəlindəki dəyişikliklər müzakirə olundu.
Növbətçilik cədvəlinin hər həftə yenilənməsi və müəllimlərin vaxtında növbətçiliyə gəlib-gəlmədiklərinin izlənməsi qərara alındı.
Şagirdlər arasında intizamın təmin olunması üçün növbətçilərin daha ciddi şəkildə məsuliyyətli olmaları barədə direktor tərəfindən müəllimlərə tapşırıq verildi.
Şagird-Müəllim-Valideyn Münasibətləri
Şagird-müəllim-valideyn münasibətlərinin təkmilləşdirilməsi üçün fəaliyyət planı hazırlanması qərara alındı.
Valideynlərə məktəbdə keçirilən tədbirlər və dərs prosesindəki müsbət dəyişikliklər barədə məlumatların daha tez-tez təqdim olunması qərara alındı.
Sinif rəhbərlərinə şagirdlərin davranışları ilə bağlı valideynlərə mütəmadi məlumat verilməsi tapşırıldı.
Məktəbin psixoloq və pedaqoji işçiləri tərəfindən valideynlər üçün seminarların təşkil olunması nəzərdə tutuldu.
Qərarlar:
Məktəbdaxili nizam- intizamın təmin edilməsi üçün lazımi tədbirlər görüləcək.
Şagirdlərin geyim qaydalarına ciddi nəzarət olunacaq.
Davamiyyətin yaxşılaşdırılması məqsədilə valideynlərlə əlaqələr gücləndiriləcək.
Koridorlarda davranış qaydalarına riayət olunması təmin ediləcək.
Müəllimlərin növbətçilik cədvəli tərtib olunacaq və nəzarət gücləndiriləcək.
Şagird-müəllim-valideyn münasibətlərinin inkişafı üçün konkret fəaliyyət planı hazırlanacaq.