ChatGPT süni intellekt

Müəllimlərlə peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə məktəbdə müəllimlər üçün təlim keçirilib. Müəllimlər innovativ təlim metodları, ChatGPT süni intellekt əsaslı platform ilə tanış olub, onu dərs zamanı necə tətbiq etmək üsullarını mənimsəyiblər.
Qeyd edək ki, ChatGPT, OpenAI tərəfindən yaradılmış süni intellekt əsaslı bir dil modelidir. Bu platform təbii dil anlayışı və generasiyası sahəsində ixtisaslaşıb.
Onun əsas xüsusiyyətlərinin bir qismi isə təhsildə dərslər üçün material hazırlamaq, test sualları yaratmaq və mövzuları izah etmək, dil dəstəyi göstərməkdir. Yəni proqram müxtəlif dillərdə, hətta Azərbaycan dilində də danışa bilir, daha sonra idarəetmə sahəsində müxtəlif hesabatlar və cədvəllər hazırlamaqdan ibarətdir.