Fənn olimpiadalarının "Məktəb turu"

Məktəbdə istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədi ilə Fənn olimpiadalarının "Məktəb turu" keçirilmişdi. Məktəb turunda VIII-XI sinif şagirdlərinin iştirak etməklə, riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunmuşdu. Bildiyimiz kimi Olimpiadaların keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.