Uşaq hüquqları

Məktəbin Rəsm müəllimi Səmədova Leyla müəllimə 6b sinif şagirdləri ilə dərnəkdə "Uşaq hüquqları" mövzusunda məşğələ keçirtmişdir. Şagirdlər bu mövzuda müxtəlif əl işləri nümayiş etdirdilər.
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.Uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır.