"Gilas ağacı" filminə baxış
"Yaşıl Dünya Naminə Həmrəylik" ili çərçivəsində məktəbimizin 8B sinif şagirdləri ilə birlikdə"Gilas ağacı" filminə baxış keçirilmişdir. Daha sonra film şagirdlər arasında müzakirə olunmuş, yaşıllığın, ağacların və təbiətin qorunmasının vacibliyi məqamları vurğulanmışdır. Təbiətin, yaşıllığın və Dünyamızın ekologiyasının qorunmasına dair şagirdlərin maraqlı fikir mübadiləsi çərçivəsində müzakirə yekunlaşmışdır.