"Açıq qapı" günü

Bugün məktəbimizin təşkilatçı müavini Leyla Kərimova, UBR Kərimova Sevinc, psixoloqu Qurbanova Xalidə xanımın müşayəti ilə məktəbin 9-cu sinif şagirdləri "Ulu Öndər Heydər Əliyevin 101-ci il"nə həsr olunmuş Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya etdilər. "Açıq qapı" günü elan olunan təhsil müəssisəsində şagirdlər sənaye, texnologiya, emal və s. sahələr üzrə peşə ixtisaslarına dair ətraflı məlumat əldə etdilər, maraqlı və vacib karyera məsləhətləri aldılar.