"XOCALI SOYQIRIMINI UNUTMAYAQ!" adlı dəyirmi masa

Məktəbin 7B sinfində "XOCALI SOYQIRIMINI UNUTMAYAQ!" adlı dəyirmi masa keçirilib. Məktəbin Azərbaycan dili müəllimi Aynurə Abbasova, tarix müəllimi Sevinc Mikayılova Xocalı Soyqırımının tarixi və milli səbəbləri haqqında danışmış, çıxışlarında bu hadisədən çıxarmalı olduğumuz nəticələri, erməni vandalizminin dəhşətini vurğulamışdır.
Daha sonra "Dolu" filmi nümayiş etdirilib. Filmin tamaşasından sonra uşaqlarla söhbət və müzakirələr davam etmişdir.
Sonda şagirdlərin "Xocalı Soyqırımını unutma,unutdurma!" mövzusuna həsr etdikləri esseləri dinlənmişdir. Sevinc müəllimə və Aynurə müəllimə tədbirin sonunda bildirmişdir ki, tariximizi və milli kimliyimizi unutmamalı, düşmənimizi tanımalı, Ali Baş Komandanımız və Dövlətçiliyimiz ətrafında hər zaman möhkəm birləşməliyik. Tədbir Xocalı soyqırımının qurbanlarının və Vətən Müharibəsi Şəhidlərinin xatirəsinin anımı ilə sona yetmişdir.