Memorial Soyqırım Muzeyi

Gənclərin Çağırışaqədərki Hazırlığı müəllimi Cabbarov Abdulla və kitabxanaçı Davidova Ülkər məktəbin 10 və 11-ci sinif şagirdlərilə birlikdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Memorial Soyqırım Muzeyində olmuşlar. Şagirdlər muzeydə olan eksponatlara baxmış, Xocalı faciəsində baş vermiş hadisələr haqqında məlumatlandırılmışlar. Muzeydə Xocalı Soyqırımında insanlara qarşı baş vermiş faciə zamanı hansı işgəncələr verildiyi haqqında məlumatlar əks olunmuşdur. Soyqırımdan geriyə qalan şəxsi əşyalar, istifadə olunmuş güllə, gizil, mərmi və digər qalıqlar eksponatlar arasında öz əksini tapmışdır.