Monitorinq

Bu gün 19 fevral 2024-cü ildə BŞTİ tərəfindən VIII və IX siniflərdə monitorinq keçirildi. Monitirinqin sualları Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə V-VIII sinflər səviyyəsində idi. Monitorinq VIII sinif şagirdlərinin biliklərini ölçmək və 9-cu sinif şagirdlərinin buraxılış fənlər üzrə mövcud çatışmazlıqlarını aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsinə nail olmaq məqsədi daşıyır. Monitorinq 2-ci saatdan başlayaraq 2,5 saat məktəb rəhbərliyinin nəzarəti ilə nəzarətçi müəllimlər tərəfindən ciddi nəzarət altında davam etdi.