Dövlət İmtahan Mərkəzi imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb

Dövlət İmtahan Mərkəzi imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb

25 yanvar 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.

Sədr qeyd edib ki, DİM tərəfindən ötən il 40 müxtəlif növ imtahan keçirilib və bu imtahanlarda 600 mindən artıq şəxs iştirak edib. Elektron xidmətlərimizdən istifadə sayı 11 milyondan çox olub. 62 mindən artıq şəxs (eyni adamın bir neçə dəfə iştirakı nəzərə alınmaqla) imtahan nəzarətçisi, imtahan rəhbəri və buraxılış rejimi əməkdaşı qismində imtahanlara cəlb olunub.

Dövlət İmtahan Mərkəzinin Nərimanov rayonu üzrə 37 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Əsədova Sevda Tələt qızı Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçi vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə fəxri fərmanla təltif olunub. Bundan əlavə, müəllimə hədiyyə olaraq DİM nəşrlərindən ibarət kitablar verilib.

Müəlliməmizi təbrik edir,gələcək fəaliyyətlərində ona uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi