Lütfizadə adına məntiq olimpiadası

Məktəbimizdə V və VI sinif şagirdlərinin iştirakı ilə Lütfizadə adına məntiq olimpiadası keçirilib. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.