Milli Musiqi günü

18 Sentyabr dahi Üzeyir Hacıbəyovun doğum gününü xalqımız Milli Musiqi günü kimi qeyd edir.

Bu gün 18 sentyab 2023-cü ildə məktəbin konfrans otağında məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Kərimova Leyla müəllimə və UBR Sevinc Kərimovanın təşkilatçılığı ilə tarixi günlə bağlı şagirdləri üçün xüsusi dərs təşkil olundu. Dərsdə məktəbin musiqi müəllimi Firuzə Teymurova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Dahi bəstəkar haqqında hazırlanmış slayd izlənildi, əsərləri dinlənildi. Şagirdlər Üzeyir Hacıbəyli həyat və yaradıcılığına dair sualları cavablandırdılar.

#MilliMusiqiGünü #ElmVəTəhsilNazirliyi #BŞTİ #EduAz #Şagird #37nömrəlitamortaməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi