Bilik günü

Məktəbdə "Bilik günü" qeyd olunub. Sentyabrın 15-də məktəbdə “Bilik günü” münasibəti ilə tədbir keçirilib. Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhəbbət xanım Əsgərova yeni tədris ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik edərək bu il ilk dəfə məktəbə qədəm qoyan birincilərə təhsillərində uğurlar arzulayıb. Məktəbin ilk zəngi çalınıb, birincilər alqış sədaları altında məktəbə daxil olublar.