Pedaqoji Şura
Sentyabrın 14-də məktəbdə 2023-2024-cü dərs ilinin başlanması münasibətilə Pedaqoji Şuranın ilk iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd yeni dərs ilində qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı müvafiq qərarların qəbul edilməsi olmuşdur. İclası məktəbin direktoru Məhəbbət xanım Əsgərova açıq elan edərək pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Direktor məktəbə yeni gələn müəllimi pedaqoji kollektivə təqdim edərək onlara işlərində uğurlar arzulayıb. Sonra 2023-2024-cü dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər, müstəqil öyrənmə bacarıqlarının inkişafı məsələlərin müzakirəsi olmuşdur. Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.