Akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar sinif təşkilat saatı

Oftalmologiya sahəsində ilk azərbaycanlı qadın akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar sinif təşkilat saatı keçirildi

Məktəbin müəllimi Süleymanova Rəhimə müəllimə şagirdləri ilə birgə alim Zərifə Əliyevanın 100 illiyi ilə bağlı sinif təşkilat saatı keçirdi. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Akademik Zərifə Əliyeva və Vətən şəhidləri 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlər Zərifə Əliyevanın həyat və yaradıcılığından, elmi tədqiqatlarından, iş fəaliyyətindən, oftalmologiya sahəsindəki uğurlarından danışdılar.

Dərsin sonunda həyatı və fəaliyyəti Azərbaycan qadınına örnək olan Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi