Buraxılış vərəqələri

Ümumi orta təhsil pilləsi üzrə 9 aprel tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək təhsilalanlara buraxılış vərəqələri paylandı. Məktəbin direktoru Məhəbbət xanım Əsgərova imtahanda necə davranmalı olmaları barədə şagirdlərə məlumat verdi və uğurlar arzu etdi. Məktəbin psixoloqu Qurbanova Xalidə xanım imtahan həyəcanının qarşısını necə almaq barədə söhbət etdi və tövsiyələrini verdi.