XI sinif şagirdlərinin iştirakı ilə direktoryanı test imtahanı keçirildi
12.01.2017-ci il tarixdə Nərimanov rayonu M.Məmmədov adına 37 saylı tam orta məktəbdə XI sinif şagirdlərinin test bacarıqlarının təkmilləşdirilməsi və buraxılış imtahanlarına hazırlıq məqsədilə Ana dili və Riyaziyyat fənlərindən direktoryanı test tapşırıqları keçirilmişdir. Məktəb rəhbərliyinin bilavasitə izlədiyi test prosesində şagirdlərə hər fəndən 25 sual ünvanlanmışdır. İl ərzində bir neçə dəfə buraxılış imtahan fənlərindən XI sinif şagirdləri arasında bu formatda testlərin həyata keçirilməsi planlaşdırılır.