"Xocalı soyqırımını unutmayaq!"

"Xocalı soyqırımını unutmayaq!" adlı dəyirmi masa keçirildi

Məktəbimizin müəllimləri və 6"B"sinif şagirdləri ilə "Xocalı soyqırımını unutmayaq!" adlı dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Xocalı şəhidləri 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər Xocalı faciəsi haqqında məlumatlar verdilər, şeirlər söylədilər.

Azərbaycan dili müəllimi Abbasova Aynurə müəllimə çıxış edərək qeyd etdi ki, Xocalı faciəsi xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. 30 illik həsrətə son qoyuldu. Xocalı faciəsi qurbanlarının da qisası alındı, şəhidlərin qanı yerdə qalmadı.

Sonda Xocalı faciəsinə həsr olunmuş video-çarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi