Pedaqoji Şura

Bu gün l yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın iclası keçirilib. İclas zamanı I yarımilin yekunları, siniflər üzrə keyfiyyət faizləri, Respublika fənn olimpiadalarının növbəti turuna keçən şagirdlərlə aparılan iş, "Sabahın alimləri” müsabiqəsi ilə bağlı görüləcək işlər, eyni zamanda I yarımil ərzində keçirilmiş mövzu sınaq imtahanlarının nəticələrinin təhlili, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilmiş 7 və 9-cu siniflərdə monitorinqlərin statistik təhlilinin müzakirəsi, fənn aylığı çərçivəsində görülən işlər və II yarımildə görüləcək işlər müzakirə olunub.