Idman uğurlarımız sevindiricidir

Idman uğurlarımız sevindiricidir

Prezident İlham Əliyev yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimidə idmançılarımızla görüşmüş və öz fikirlərini onlarla bölüşmüşdür. Əvvəliki illərdə olduğu kimi keçən il də Azərbaycan idmanı üçün çox uğurlu il olmuşdur. Ilin nəticələri göstərir ki, idmançılarımızın qazandığı qələbələr və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq turnirlər Azərbaycanı bir idman ölkəsi olduğunu təsdiqləyir.

2022-ci ildə idman sahəsində çoxlu nailiyyətlər qazanmışıq. Belə ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Prezident İlham Əliyev demişdir: “Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.”

Bildiyimiz kimi. Tarixən azərbaycan idmançıları bir sıra idman növlərində həmişə fərqlənə bilmişlər. Nəsillər dəyişsədə uğurlarımız dəyişməz qalaraq sabit qalır. Çünki gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilir. Ölkənin bölgələrində keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaratmaqdadır.

Azərbaycanda keçirilən çoxsaylı idman turnirləri həm idman uğurlarımızı şərtləndirəndirir, eyni zamanda, uşaqlarımız və gənclərimiz uşaq yaşlarından idmana cəlb edilir. Idman təkcə fiziki güc deyil, həm də sağlamlıqdır. Bizim idmançılar öz davranışları ilə həm də gənclər üçün bir nümunədir.

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da idman ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Azərbaycanda mövcud olan idman kompleksləri gənclərə imkan verir ki, onlar beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış etsinlər və medallar qazansınlar.

Bu ilin də ölkəmiz üçün bir çox parametrlər üzrə həlledici il olacağı fikrindəyik. Çünki həm ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində keçiriləcək idman yarışlarında idmançılarımızın yeni uğurları ilə qarşılaşağımıza əminik.

Prezident qeyd etmişdir ki, “Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi.”

Müəllif:Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi