“O gün gələcək”

“O gün gələcək”.

Cari ilin dekabr ayının 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüşmüşdür. Məlumdur ki, 2022-ci ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Müasir Emənistanın yerləşdiyi ərazi bizim tarixi tiorpaqlarımızdır və bizlər də bunu yaddan çıxarmamalıyıq. Bu tarixi həqiqəti Ulu Öndər Heydər Əliyev 10 dekabr 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumu zamanı çıxışında demişdir: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.”

Ermənilər həmişə tarixi saxtalaşdırmaqla məşğul olmuşlar. Belə ki, 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından biri İrəvanın Ermənistana verilməsi olmuşdur. Düzdür ADR-in bütün Şərqdə ilk demokratik müsəlman dövlərti kimi yaranmasının da unutmaq olmaz. Ancaq bu bir acı həqiqətdir ki, məhz ADR-in vaxtında bi addım atılmışdır. Təəssüf ki, bu sonuncu addım olmamışdır. Çünki 1920-ci ildə sovet hökumətinin qərarı ilə digər tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan alınıb Ermənistana verilmişdir. Bu cinayətin əsas məqsədi Naxçıvanı Azərbaycandan ayrı salmaq idi.

Erməni-sovet tandemi sonralar da Azərbaycana qarşı xəyanətlərini davam etdirmişlər. Tarixdən məlumdur ki, Sovet İttifaqında yüksək vəzifələrdə olan ermənilərin təkidi ilə 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Ermənilər bununla da qane olmaldılar və öz həyasızlıqlarından əl çəkmədilər.

1987-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən erməni millətçiləri və onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçərək, əvvəlcə Qərbi Azərbaycanda yaşayan türkləri deportasiya etdilər və eyni zamanda Qarabağı Ermənistana birləşdirmək üçün seperatizmə rəvac verdilər. Deportasiya nəticəsində 300-dən çox şəhər və kənddən azərbaycanlılar qovuldu. Ümummilli lider Heydər Əliyev 15 fevral 2002-ci ildə Cons Hopkins Vaşinqton Universitetində görüşdə olarkən demişdir: “Vaxtilə Zəngəzurun əhalisinin əksəriyyəti azərbaycanlılar olubdur. Ancaq Sovetlər İttifaqı yaranan zaman respublikaların xəritələri çəkilib, Zəngəzur Ermənistanın tərkibində qalıbdır. Azərbaycanlılar oradan tədricən köçüblər. Amma sizin nəzərdə tutduğunuz Mehri rayonunda 1988-ci, 1989-cu illərdə, 1990-cı ilə qədər daha çox azərbaycanlı yaşayıb, nəinki erməni.”

Ulu Öndərin layiqli davamşısı, Prezident İlham Əliyev də həmişə Qərbi Azərbaycan mövzusunu diqqətdə saxlamış və zaman-zaman bu barədəki fikirlərini müxtəlif tribunalardan səsləndirmişdir. Prezident 29 mart 2005-ci il tarixndə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.”

16 sentyabr 2010-cu ildə İstanbulda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında Azərbyacanın dövlət başçısı ilham Əliyev demişdir: “Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur.”

27 may 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində çıxış edən Prezident ilham əliyev demişdir ki, “1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi.”

Sadalanan faktlar göstərir ki, Qərbi Azərbaycan məsələsi bu gün də Möhtərəm Prezident İlham Əliyevin gündəliyindədir və 24 dekabrda keçirilən toplantı buna bariz nümunədir. Qərbi Azərbaycana qayıdış üçün artıq milli nümunəmiz də var. Belə ki, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını bərpa edə bildik. Inanırıq ki, heç vaxt Qərbi Azərbaycanı görməyən uşaqlar və gənclər Ağalıkəndə olduğu kimi, oraya da qayıdacaqlar.

Məlumdur ki, uzun müddət Qarabağda törədilən erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. ATƏT-in faktaraşdırıcı missiyası iki dəfə işğal altında olan torpaqlara göndərilsədə, onlar yeni bir şey gündəmə gətirmədilər.

44 günlük müharibədə qazandığımız zəfərdən sonra azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə gördülər ki, ermənilər hansı vəhşilikləri törədiblər. Biz ötən əsrin sonlarında Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürləri tamamilə dəyişdirdik. Dövlətimiz və xaricdəki diaspora təşkilatlarımız həqəqətləri dünyaya çatdırmaqla bərabər, həm də erməniləri informasiya müharibəsində məğlub edirik.

Hər iki cəbhədə uduzan rəsmi İrəvan təxribatlara əl atdı və Azərbaycan bu ilin sentyabr ayında lokal hərbi əməliyyat keçirmək məcburiyyətində qaldı. Nəticədə biz tarixi torpaqlarımıza daha çox yaxınlaşdıq. Artıq Bala Göyçə gölünün sahilindəyik və Göyçə gölünü adi gözlə belə görə bilirik. Məhz sentyabr ayında keçirilən hərbi əməliyyat bizi gələcəkdə bir çox böyük problemlərdən sığortaladı.

Hazırda Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olmuşdur. Ermənistanla bərabər, onu qızışdıran və daha çox öz milli maraqlarına uyğun hərəkət edən onların xaricdəki havadarları və arxalarında dayanan dövlətlər Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Lakin Azərbaycan dövlətinin mövqeyi dəyişməz olaraq qalır.

Ikinci Qarabağ müharibəsi zamanı və müharibədən keçən iki il müddətində Ali Baş Komandan, Prezident İlham Əliyev tamamilə milli maraqlarımızı təmsil edən istiqamətdə fəaliyyət göstərir. Heç bir zəng, heç bir siyasi təzyiq Prazident İlyham Əliyevi bu müqəddəs yoldan döndərə bilməyəcəkdir.

Qərbi Azərbaycan icması da Prezidentin siyasi iradəsinə inanır və bütün işlərini də həmin istiqamətdə qurur. Inanırlıq ki, tezlilklə icmanın gördüyü işlər hamı tərəfindən bəyəniləcəkdir. Icma üzvlərini əsas işlərindən biri də erməni saxtalıqları ilə bağlı aparılan araşdırmaları genişləndirmək və dərinləşdirməkdir. Qərbi Azərbaycanın elmi elitasının imkanları bizə belə deməyə əsas verir.

Bilirsiniz ki, Ermənistan tarixi saxtakarlıqla məşğul olaraq, şəhərsalma adı altında İrəvandakı tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayını dağıtmış və yerlə-yeksan etmişdir. Toplantıda Prezident ilham Əliyev Qərbi Azərbaycan icmasının demək olar ki, görəcəyi işlərin “yol xəritəsini” cızmışdır: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik; Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır; Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik; Vahid informasiya fəaliyyəti. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır”.

Azərbaycan dövlətinin milli maraqlarına və dəyərlərinə daim sadiq qalan Prezident İlham Əliyev həmişə öz ad günlərini xalqı ilə birlikdə keçirir. Prezident İlham Əliyev adətən 24 dekabr günündə ya məcburi köçkünlərlə bir yerdə olur, ya Şuşada hərbiçilərlə bir yerdə ad günü keçirir, ya da sonuncu dəfə olduğu kimi Qərbi Azərbaycan icmasının üzvləri ilə birlikdə toplantı edir.

Məşhur Çin Lao-tsizi fəlsəfəsinə görə, “dövlətə inam olduqda dövlət güclü olur”. Sevindirici haldır ki, xalqımız hal-hazırda öz prezidentinə çox inanır və güvənir. Çünki iki ildir xalqımız qürur hissi və gələcəyə böyük inamla yaşayır. Düz 11 il öncə Prezident İlham Əliyev öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olanda demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm”. prezidentin bu strategiyası həyat keçdi. Ona görə də Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməlidir. O gün gələcək və Qərbi Azərbaycanda da ölkə Prezidenti öz ad gününü keçirəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi