Sivil ekoloji aksiya

Sivil ekoloji aksiya

Artıq beşinci gündür ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda sivil aksiya həyata keçirlər. Aksiyanın keçirilməsinin əsas səbəbi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası ETSN-nin, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “Azərqold” QSC-nin nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə imkan verilməməsidir. Aksiya iştirakçılarının əsas tələbləri Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılması və bütün təbii sərvətlərin istismarının milli qanunvericilik əsasında həyata keçirilməsidir.

Məlumdur ki, dövlət tərəfindən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışın keçirilməsi, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi, dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılmışdır. İlkin razılaşmanın olmasına baxmayaraq, həmin işçi qrupunun fəaliyyətinə maneçilik törədildi.

​Şuşa-Laçın yolunda həyata keçirilən etiraz aksiyası Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının haqlı narazılığının göstəricisidir. Eyni zamanda vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmaq lazımdır. Bu humanitar bir aksiyadır. Ermnəistanın irəli sürdüyü iddialar qərəzli və əsassızdır. Erməninlər ona görə narahatdırlar ki, artıq həmin yoldan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmışdır. R.Vardanyan və onun kimi kriminal ünsürlərin talançılıq siyasətinə son qoyulmalıdır.

​Rəsmi İrəvan dünyaya hay salıb ki, Laçın-Şuşa yolunu Azərbaycan bağlayıb. Bu yol azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağı tələb edirlnər. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Oxçuçayda suyun tərkibindəki ağır metalların miqdarının dəfələrlə normadan artıqdır.

Dünya dövlətləri erməni cinayətlərini etiraf edir. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları onlar tərəfindən qeyd olunmuşdur.

​Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları yerinə yetirilmir. Bəyənatın 4-cü maddəsinə əməl etməyərək hələ də erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılması həyat keçirilməyib.

​Biz bir dövlət kimi öz məsuliyyətinizi dərk edirik və ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırıq.

Ermıənistan bildirir ki, yol bağlandığına görə qarabağda 120 min erməni “blokadada” qalıb. Halbuki rus sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır və onların da əksəriyyəti hərbi qulluqçulardır. Ermənilər feyk məlumatları yaymaqda bacarıqlıdırlar.

Sivil aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Azərbaycan tərəfindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilmir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Bu da ermənilərin növbəti yalanıdır.

Müəllif:K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi