Qardaşlıq zirvəsi

Qardaşlıq zirvəsi

Cari ilin dekabr ayının 14-də Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə iştirak etmiş və orada müakirə olunan məsələlərə öz münasibətini bildirmişdir. Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri dini, dili və genetik mənşəyi bir olan digər türk dövlətləri üçün bir örnək olmuşdur. Türkmənistanda keçirilən Üştərəfli Zirvə Görüşünün bu prosesin daha da genişləndiyinə dəlalət edir. Ölkələrimiz arasında mövcud olan iqtisadi, ticari, nəqliyyat-logistika və digər sahələrdəki əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yeni imkanların yaradılması göz qabağındadır.

Azərbaycanın həm Türkiyə ilə, həm də Türkmənstanla olan siyasi və iqtisadi əlaqələri çox yüksək səviyyədədir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə olan münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdı. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Eyni zamanda, ölkələrimiz bütün beynəlxalq və regional təşkilatlarda da birgə fəaliyyət göstərirlər.

Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dinamikası haqqında danışan Prezident İlham Əliyev demişdir: “2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır”.

Son illərdə hər üç ölkə nəqliyyat-logistika sahəsində böyük uğurlar əldə etmişdir. Belə ki, birgə bir çox layihələr icra edilmişdir. Ölkələrimiz yeni, müasir tələblərə cavab verən infrastrukturların yaradılmasına kifayət qədər sərmayə qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan tranzit ölkə statusu qazanmışdır. Bu ilin ilk 10 ayı ərzində Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır. Azərbaycanın bir nömrəli layihəsi olan Zəngəzur dəhlizi ilə bağlı da çox işlər görmüşdür. Belə ki, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi artıq icra olunmuşdur. Nəzərdə tutulmuşdur ki, bütün işlər 2024-cü ildə başa çatdırılsın.

Azərbaycanda regional logistik layihələrin həyata keçirilməsi ilə əlaqədar görülən işlər barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bakı-Tbilisi-Qars dəmir yolu. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq”.

Qeyd etmək lazımdır ki, Azərbaycanın 18 yük təyyarəsi var və daha 9 yük təyyarəsi almağı planlaşdırır. Hal-hazırda ölkəmiz bölgədə ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Ölkəmizdə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 2024-cü ildə işğaldan azad olunmuş Laçın rayonunda da daha bir beynəlq hava limanı aşılacaqdır.

14 dekabr 2022-ci ildə Türmənstanda keçirilən Üçtərəfli Zirvə görüşündə Azərbaycan-Türkiyə-Türkmənistan arasında aşağıdakı sənədlər imzalanmışdır:

1. “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”;

2. “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”;

3. “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”;

4. “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”;

5. “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.

Müəllif:K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi