Erkən nigah

Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini təşkilatçısı Kərimova Leyla müəllimə, Uşaq birliyi rəhbəri Kərimova Sevinc müəllimə, psixoloq Xalidə Qurbanova və biologiya müəllimi Quliyeva Gülnar müəllimə şagirdlərə erkən nigah haqqında təqdimat hazırlamışlar. Tədbirdə erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar.

birmənalı olaraq hər kəs erkən nikahın əleyhinədir. Amma digər tərəfdən, ortada ildən-ilə erkən nikahların sayının artdığını göstərən statistika var. Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır.

Erkən nikahın, eləcə də qohum izdivacının gənclərin sağlamlığına təhlükəsi danılmazdır. Məsələ burasındadır ki, yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi nikahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Ekspertər bu baxımdan din xadimlərinin də problemə həssas yanaşmalı olduğunu deyirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi