"Dağ qartalı” Laçın “yuvaya dönür”

"Dağ qartalı” Laçın “yuvaya dönür”

Cari ilin 1 dekabr tarixində Laçın rayonunun işğaldan azad olunmasının iki ili tamam olur. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən rayon mərkəzi və kəndlər heç bir güllə atılmadan təhvil verildi. Qeyd etmək lazımdır ki. Bəyanat imzalanmamışdan öncə, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə ordumuzun nəzarətinə keçdi.

Laçın rayonon tarixi haqqında qısa məlumat vermək istərdik. Belə ki, rayon inzibati ərazi vahidi statusunu 1930-cu ildə almışdır. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi vardır. Ümumi sahəsi 1835 kv. km., əhalisi isə 79 min nəfəridi.

Azərbaycandakı hakimiyyət davasından yararlanan Ermənistan 18 may 1992-ci ildə rayonu işğal etdi. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdür. Işğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri düşmənin nəzarətinə keçmişdir. Erməni vandalları tərəfindən yuxarıda sadalananlarla bərabər, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə məhv edilmişdir.

Qeyd etmək lazımdır ki, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmaqla cinayət törətmişdir.

​44 gün ərzində Qarabağı düşmən işğalından azad edən ordumuzun şücaətlərini qiymətləndirmək üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edildi və Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

​Postmüharibə dövründə Laçın rayonu ərazisində çox iş görülmüşdür. Belə ki,

generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınmışdır. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 km., yolun hərəkət hissəsinin eni 9-16 metr olacaqdır. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq, yol üzərində ümumi uzunluğu 9450 metr olacaq 3 tunelin tikintisi nəzərdə tutulmuşdur.

​Nəzərdə tutulmuşdur ki, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanı istifadəyə verilsin. Rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulmuşdur. Gələn ilin sonuna qədər Laçınlıların birinci qrupu öz doğma şəhərinə qayıda biləcəklər. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün işğaldan azad edilmiş başqa rayonlar kimi, Laçın rayonu da bərpa olunacaqdır. Rayon ərazisində kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır.

Zəfərdən keçən iki il müddətində Müzəffər Ali Baş Komandan İlham Əliyevi dərd dəfə (14.02.2021; 16.08.2021; 26.06.2022 və 21.09.2022-ci il) laçına səfər etmişdir. Həmin səfərlər zamanı Güləbird kəndində və Laçın şəhərində Azərbaycan bayrağının qaldırmış; Güləbird su elektrik stansiyasının açılışını etmiş; Laçın Beynəlxalq Hava Limanının və ndə iştirak etmiş, habelə Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, “Həkəriçay” su anbarı layihəsi, Laçın Beynəlxalq Hava Limanında aparılan işlər və Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış olmuşdur.

Müəllif: Paşa-zadə Kamal Çingiz oğlu

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi