Uğurlu siyasi varislik

Uğurlu siyasi varislik
Bu ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev çıxış etmişdir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan müstəqillik qazanmış, lakin daxili qarşıdurma nəticəsində ölkədə çox ciddi problemlər yaranmışdır. Vəziyyətin ciddiliyini görən ziyalılar peşəkar siyasətçi Heydər Əliyevə müraciət etmiş və xalqı bu bəladan çıxartmaq üçün tədbirlər görməyi xahiş etmişdilər. Ulu Öndər müraciətə müsbət yanaşmış və problemləri həll etmək üçün yeni siyasi qüvvəyə ehtiyac olduğunu bildirmişdir. Bu dahiyanə fikir Yeni Azərbaycan Partiyasının yaranması ilə nəticələnmişdir.
Müxalifət partiyası kimi yaranan YAP qısa zaman kəsiyində hakimiyyətə gəlmiş və milli problemləri həll etməyə başlamışdır. Ölkədə vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdır. Şuşa və Laçından sonra, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı xalqın səbr kasasını daşdırdı və xalq AXC-Müsavat cütlüyüny hakimiyyətdən uzaqlaşdırdı. Hakimiyyətə gələn Ulu Öndər ölkənin strateji xəttəni müəyyən edən addımlar atmağa başladı. Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma yeni Konstitusiyası qəbul edilməmişdir. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyulmuş, dövlət təsisatları düzgün zəmində formalaşdırılmağa başlamış və informasiya blokadası aradan qaldırılmışdır.
Bunları nəzərə alan Ulu Öndər iqtisadi islahatlara start verdi. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə həyat keçirilməyə start verildi və Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı təsbit edildi. “Əsrin kontraktı” və neft-qaz sahəsində aparılan işlər o vaxt üçün güclü maliyyə zəmin yaratdı və müstəqil iqtisadi siyasət həyata keçirilməyə başlanıldı. Heydər Əliyevin prezident olduğu 10 il müddətində milli dövlətçiliyimizin möhkəm əsasları qoyuldu, məhz həmin illər siyasi sabitlik və iqtisadi inkişaf illəri oldu.
2003-cü ildə Ulu Öndərə etimad göstərən və inanan xalq onun yetirməsi və davamçısı olan İlham Əliyevə səs verdi. Keçən 19 il ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış və 2022-ci ildə rekord həddə çatacağı proqnozlaşdırılır. Belə ki, ilin sonuna Ümumi Milli Məhsulun 130 milyard manat olacaqdır. Bu zaman kəsiyində xarici borclarımız əhəmiyyətli dərəcədə azalmış və xarici borcumuzun ümumi daxili məhsuldakı pay 10 faizə qədər endirilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin hakimiyyətdə olduğu zaman kəsiyində 44 gün davam edən İkinci Qarabağ müharibəsində Zəfər qazanılmış və 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız azad edilmişdir. Azərbaycan MDB məkanında birinci ölkə oldu ki, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi və 2019-cu ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatına sədr seçildi. Daha sonra sədrliyin müddəti bir il də uzadıldı. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində və digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət sərgiləyir.
Azərbaycan həmişə Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlərə hörmətlə yanaşmış, həmin dəyərlərə önəm vermiş və bundan sonra da önəm verəcəkdir. Məhz həmin siyasətin nəticəsidir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Bu gün ölkəmizdə dünya miqyasında nadir və təkrarolunmaz hesab olunan bir siyasi mühit yaradılmışdır. Məhz həmin siyasətin nəticəsində İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu Azərbaycanın gücünü artırır və inanırıq ki, bundan sonra da gələcək nəsillər də məhz bu ruhda böyüyəcəklər.
Hazırda Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda heç kimdən yardım almadan, öz hesabına yenidənqurma və bərpa işləri aparır. Eyni zamnda, ölkəmizdə yoxsulluq səviyyəsinin aşağı salınması sahəsində də mühüm işlər həyata keçirilir. Pandemiya dövründə yoxsulluq bir qədər artsa da, postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əmək haqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğun səviyyəsi təqribən 5 faiz ətrafında saxlanılır ki, bu da dünya miqyasında ən yaxşı döstəricilərdən biridir.
Müasir şərairdə dünyada gedən siyasi proseslər göstərir ki, enerji təhlükəsizliyi ümimi təhlükəsizliyin əsas elementlərindən biridir və enerji təhlükəsizliyi təmin olunmayan ölkələrdə çox ciddi problemlər yaşanır. Azərbaycanın üstünlüyü ondadır ki, təbii sərvətlərimiz kifayət qədərdir və ölkəmizdə bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirmiş, həm də əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürülmüşdür.
Azərbaycan çox uğurlu xarici siyasət yürüdür. Belə ki, hətta üzv olmadığımız təşkilatlarda belə ölkəmizin dostları az deyil və son illərin hadisələri bu fikri bir daha təsdiqləmişdir. Belə ki, üzvi olmadığımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında, bizim dostlarımız onun üzvi olan Ermənistanınkından daha çoxdur. Ermənistan KTMT-nin xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində oldu və faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istədi, lakin bu təxribatlar cavabslız qaldı və Ermənistan biabırçı vəziyyətlə üzləşməli oldu.
Ölkəmizin xarici siyasət konsepsiyasında əməkdaşlıq, dostluq prinsipləri üstünlük təşkil edir və imkan daxilində ehtiyacı olan dövlətlərə kömək göstəririk. Belə ki, pandemiya dövründə azərbaycan 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Hər bir azərbaycan vətəndaşı üçün Ümummllli Lideri Heydər Əliyevin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsidir. O, hətta özü üçün ən çətin dövrlərdə belə hər birimizə nümunə olmuşdur. Ulu Öndərin bizə qalan ən böyük mirası müstəqil Azərbaycan dövlətidir. Məhz Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin xalqımıza olan siyasi vəsiyyəti idi. Prezident İlham Əliyev həmin vəsiyyəti həyata keçirdi və qarabağ erməni vandallarından təmizləndi və ərazi bütövlüyümüz bərpa olundu.
Bütün bunları nəzərə alan müzəffər Ali Baş komandan, prezident ilham əliyev demişdir: “Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.”
Müəllif:Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent