"Ölümə gedən yol"

Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunub.
Məktəbimizin kimya müəllimi Ələkbərova Tahirə müəllimənin təşkikatçılığı ilə "Ölümə gedən yol" adlı tədbir keçirilmişdir. Tədbirdə Uşaq birliyi rəhbəri, məktəbimizin tibb bacısı və məktəbin şagirdləri iştirak etmişdir.