İrəvan Müəllimlər Seminariyası

Noyabr ayı Azərbaycan təhsil tarixi üçün çox əhəmiyyətli bir hadisənin baş verdiyi aydır. Məhz bu ayda 8 noyabr 1881-ci ildə, yəni 141 il əvvəl İrəvan Seminariyası Uluxanlı kənd məktəbi təsis olunmuşdur.
Bu səbəblə 37 N-li tam orta məktəbdə bu əlamətdar hadisənin ildönümünə həsr olunmuş seminar keçirilmişdir. Seminarda çıxış edən məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Abbasova bu tarixi hadisənin əhəmiyyətindən söz açmışdır. Aynurə müəllimə çıxışında onu da şagirdlərin nəzərinə çatdırmışdır ki, Azərbaycan təhsili milli vətənpərvər fədaillərin sayəsində bu günlərə gəlib çatmışdır.
Tədbirdə İrəvan seminariyasının və Uluxanlı məktəbinin qurulması, azərbaycanlı müəllimləri və tələbələri haqqında ətraflı məlumat vermişdir.