Məişət zorakılığı

Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bəs Azərbaycan cəmiyyətində müşahidə edilən məişət zorakılığı halları digər cəmiyyətlərdə baş verən zorakılıq halları ilə oxşardırmı və bu haqda araşdırmalar onun hansı – yerli, yoxsa beynəlmiləl bir problem olduğunu ortaya qoymuşdur? Məişət zorakılığının qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir?
Bunun ətraflı izahı üçün ilk növbədə məktəbimizin 3-cü sinif rəhbərləri şagirdlərə məişət zorakılığının nə olduğu, yaranma səbəbləri və hansı formalarda təzahür etdiyi barədə geniş bir izah vermişdir.