Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində yazdığı şanlı tarix yolu

Cari ilin noyabr ayının 8-də Prezident İlham Əliyev, Birinci xanım Mehriban xanım Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmişlər. Tədbirdə çıxış edən Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində yazdığı şanlı tarix yoluna nəzər salmışdır.

Ordumuz Şuşanı azad etməklə öz adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazmış oldu. Onların bu Zəfəri gələcək nəsillərin qürur mənbəyi olacaqdır. Silahlı Qüvvələr çətin relyefə malik olan dağlıq ərazilərdən keçərək, sıldırım qayalıqlardan qalxaraq Şuşanı azad etmişlər və bayrağımızı şəhərdə qaldırmışlar. Onların bu hərbi taktikası dünyanın bir çox hərbi institutları tərəfindən tədqiq edilməyə başlanılmışdır ki, bu da bizim üçün qürurverici bir haldır.

Məlumdur ki, ordumuzun keçdiyi yolları tarixin yaddaşına daimi yazmaq üçün iki ilə yaxın bir müddət ərzində həmin yerlərdən keçən “Zəfər yolu” çəkilir. Düzdür Şuşa alınana qədər Azərbaycan ordusu Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad etmişdir. Şuşanın azad edilməsi isə Ermənistan ordusunun tamamilə məhv edilməsi demək idi. Müharibənin gedişi ərzində Azərbaycan ordusunda bir fərarinin belə olmadığı halda Ermənistan ordusunun 10 mindən çox fərarisi olmuşdur.

Azərbaycan xalqı Birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra ruhən sarsıntı keçirmişdi. Bu məğlubiyyətin səbəbi AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlişi ilə əlaqədar törətdiyi xəyanət səbəb olsa da, mənəvi zərbəni xalq almışdır.

Hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyevin banisi olduğu milli qurtuluş və inkişaf siyasəti, Onun siyasi varisi olan və həmin siyasəti həyata keçirən İlham Əliyev xalqın dəstəyi ilə Qarabağı işğaldan azad etdi. Bunun üçün əvvəlcə ölkə iqtisadiyyatı inkişaf etdirdi, paralel olaraq müasir standartlara cavab verən ordu quruciluğuna başladı. Beynəlxalq təşkilatlar vasitəsi ilə Azərbaycanın haqlı mövqeyi dünya dövlətlərinə çatdırıldı. Bütün bu işləri ölkəmiz heç kimdən yardım almadan, öz gücü hesabına həyata keçirdi.

Azərbaycan 44 günlük müharibə müddətində həyat keçirdiyi ağıllı daxili və xarici siyasətin bəhrəsini gördü. Müharibənin gedişi zamanı dünya dövlətlərinin ən azı loyal qalması Prezident İlham Əliyevin siyasətinin düzgün olduğuna dəlalət edir. Xalq-Prezident birliyi Zəfərin qazanılmasında böyük rol oynadı. Dinindən, dilindən və etnik mənsubiyyətdən asılı olmayaraq hər kəs vətəndaşı olduğu dövlətin yanında oldu və ərazilərimizin işğaldan azad olunması yolunda canından belə keçdilər.

Zəfər bayramında çıxış edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev demişdir: “Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq”.

Prezidentin çıxışında qeyd olunduğu kimi, rəsmi İrəvan hələ də İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxara bilməyib. Amma düşmən başa düşməlidir ki, Azərbaycan Odlar yurdudur və odla oynamaq onlara baha başa gələcəkdir. Həm ölkə daxilindəki, həm də ölkədən kənarda kimlərəsə pulla xidmət eləyən “sapı özümüzdən” olanlar bilməlidirlər ki, onları da hayların acı taleyi gözləyir. Ermənistan Azərbaycanın hərbi gücünü “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı və 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr zamanı bir daha gördü.

Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və bundan sonra da verdiyi sözə sadiq qalacaqdır. Biz Zəngəzur nəqliyyat dəhlizini çəkəcəyik. Bunu erməilər və onların havadarları da dərk etməlidirlər. Azərbaycan hazırda erməni vandallarının viranə qoyduğu infrastrukuru, kəndləri, qəsəbə və şəhərləri bərpa edir. Eyni zamabda, düşmənin şərəfsizcəsinə basdırdığı minaları zərəsizləşdirirk.

Çşxışının sonunda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir ki, “Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.

Müəllif:K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi