şəhid Sənan Abdullayevin xatirəsinə həsr edilmiş şahmat turniri

Nərimanov rayonunda Vətən Müharibəsinin şəhidi Sənan Abdullayevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirilib

Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsində, tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Abdullayev Sənan Şahin oğludur.

31 oktyabr 2022-ci il tarixdə şəhid Sənan Abdullayevin doğum günü ilə əlaqədar onun təhsil aldığı 37 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmiş, onun adını daşıyan sinif otağına baxış olmuş və xatirəsinə şahmat turniri keçirilmişdir.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Tədbirdə çıxış edən natiqlər öz qanı ilə şanlı tariximizə adını yazan, xalqımıza zəfər sevinci yaşadan Sənan kimi oğulların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırmışlar.

Şəhidin atası Şahin Abdullayev çıxış edərək övladı ilə qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Sənan Abdullayevin xatirəsinə həsr edilmiş şagirdlər arasında keçirilən şahmat turnirinə 24 nəfər şagird qatılmışdır. Sonda şahmat turnirinin qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuş, şəhidin atası Şahin Abdullayevə isə turnirin Xatirə diplomu və Dövlət Bayrağı təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi