Prezident İlham Əliyevin mayın 4-də Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması

Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndə təyin olunmasi ilə əlaqədar olaraq videoformatda qəbul edib. Həmin görüş zamanı Prezident İlham Əliyev Zəngilan rayonu haqqında bir çox maraqlı və gələcəkyönümlü məsələlərə aydınlıq gətirib.

Zəngilan rayonu azad edilmiş bir çox rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan Ermənistan işğalçıları hərbiçilər istifadə edirdilər. Dövlət Başçısı çıxışı zamanı bildirib ki, bir dənə də salamat kənd qalmayıb. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu bir daha erməni vandalizminin eybəcər sifətinin dünyaya göstərir, birdə onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bir bəladan-erməni faşizmindən xilas etmişdir.

Bir çox tarixi abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Ancaq Prezident eyni zamanda onuda bildirib ki, bütün tarixi abidələrin bərpası işinə başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər Məscidi əsasli şəkildə təmir olunmağa başlayıb. Faktiki olaraq yenidən qurulur. Amma bütün bunlara baxmayaraq yenidən qurma fəaliyyət surəti davam edir və Zəngilan rayonunun infrastrukturu, bərpası işləri surətli şəkildə davam edir. Zəngilan rayonu birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bu səbəbdən Ağalı kəndi faktiki yenidən qurulur. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf əsas amillərdəndir.

Azad olunmuş torpaqlarda kənd təsərrüfatı ilə bağlı böyük planlar var. Ərazinin təhlükəsizliyi ön plandadır. Bundan əlavə əsas məsələlərdən ərzaqlıq buğda və bütövlüklə taxılla təmin olunmaqdadır. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, əkin yerlərinin düzgün sulanması və orada aqrotexniki xidmətin göstərilməsidir.

Zəngilan rayonunun böyük turizm potensialı vardır.

Prezident İlham Əliyev öz çıxışı zamanı Zəngilan rayonunun turizm potensialı haqqında da ətraflı çıxış etmişdir. Eyni zamanda burada yaradılacaq turizm imkanları digər rayonlarla bərabər olmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir.

Bu, orada qayıdacaq insanlar üçün də məşğulluq və gəli mənbəyi olacaq. Bundan əlavə dövlət başçısı bildirib ki, Zəngilan rayonu həmsərhəd rayondur.

Həm İranla həm də Ermənistan və Naxçıvanla da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. Çünki Zəngilanla Ordubada gedən dəmir yolu, avtomobil yolu o cümlədən, İran ərazisinə keçid, mart ayında müvafiq Memorandum imzalanmışdır. Eyni zamanda Ermənistan ərazisindən də keçməlidir.

Bəli, Prezident İlham Əliyev uzaqgörən və dünyəvi liderdir. Zəfər Tarixinə adını qızıl hərflərlə yazan görkəmli lider Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqların inkişaf mexanizmi ilə bağlı dolğun çıxışı bizi bir daha əmin etdi ki, gələcəyimiz əmin əllərdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi