Zəfər Qurultayı

Həmişə musiqi və mədəniyyət beşiyi olmuş, sonra mənfur ermənilərin işğalının acıları ilə üz-üzə qalmiş, eli didərgin düşmüş və nəhayət, dünya hərbi tarixində görünməmiş bir döyüş hünəriylə Azərbaycan ordusu tərəfindən düşmən əsarətindən xilas edilən Şuşamız aprelin 22-də yeni bir tarixə Dünya azərbaycanlılarının V Qurultayına-Zəfər qurultayına ev sahibliyi etdi. Bu qurultay ona görə Zəfər qurultayı adlandırılır ki, 2020-ci il noyabrındakı tarixi qələbəmizdən sonra Dünya azərbaycanlıları ilk dəfə idi ki, toplaşıb qurultay keçirtdilər. Onlar Şuşada toplaşmağı ona görə haqq etmişdilər ki, 44 günlük döyüşdə ordumuzun qazandığı qələbədə xalqımız istər öz ölkəmizdə, istərsə də dünyanın müxtəlif guşələrində öz Vətən sevgisində, qələbəyə inamlarında həmrəy oldu. Məhz bu həmrəylik Şuşada tarixi zəfərlə nəticələndi.

Qarabağda baş verən münaqişə uzun illər beynəlxalq təşkilatların mənasız danışıqları ilə uzadıldı. Azərbaycan xalqı bir növ Ermənistanın himayəçilik apardıqları siayasəti qəbul edə bilməzdi.

Odur ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Vətən oğullarının- ordumuzun hünəri və xalqımızın dəstəyi ilə düşmən üzərində öz ədalətli qələbəsini qazandı. Azərbaycan Ordusunun bu hünəri, Ermənistanı noyabrın 9-undan 10-una keçən gecə kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən oğullarının əzmi Ermənistan ordusunu darmadağın etdi. Ermənistanın demək olar ki, ümumi məbləği 4-5 milyardlıq olan silah-sursatı, texnikası məhv edildi, qənimət götürüldü. Ordusu pərən-pərən oldu. 10 min nəfərdən artıq fərarisi ilə rüsvayçılıqla üz-üzə qaldı. Azərbaycan əsgərinin döyüş rəşadətindən vahimə ilə danışan ermənilər bir daha öz acizliklərini, haqsızlıqlarını sübut etmiş oldular.

Xalq-iqtidar birliyi Azərbaycan Ordusunda əsgərlərimizə haqq iş uğrunda vuruşduqlarını aşıladığı üçündür ki, bir nəfər də olsun fərariliyə rast gəlinmədi.

44 günlük döyüşdə 300-dən çox şəhər və kənd azad olundu. Azad olunan hər yerdə erməni vandalizminin izi görünür. İşğaldan azad olunan bütün ərazilər erməni vəhşiliyinin şahidi olub. Bütün tarixi və mədəni abidələr dağıdılmış, yaşayış evləri xarabalığa çevrilmiş, gözəl Şuşamızda 17 bulağın hamısı quruldulmuş bir vəziyyətdədir. Təmamilə dağıdılmış Ağdamı Beynəlxalq ekspertlər və jurnalistlər xirosimaya bəzədiblər.

Azərbaycanın bu tarixi qələbəsi, onun haqq işinin bir çox beynəlxalq təşkilatlar tərəfindən dəsdəklənir, buna Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı, İslam Əməkdaşlq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatlarda dəstək göstərdilər.

Bu qurultayın əsas məqsədləri dövlətimizin siyasətini, o cümlədən ərazi bütövlüyümüz uğrunda apardığımız mübarizədə tarixi ədalətin bərpasına çalışmağımızı dünya ictimaiyyətinə çatdırmaqdır. Danılmaz tarixi faktlar bu ərazilərin qədim Azərbaycan torpağı olmasını, Zəngəzur, İrəvan mahallarının Sovet hakimiyyəti illərində vətənimizdən qoparıldığını sübut edir. Bunu hər birimiz həm Azərbaycan hökuməti, həm səfirlik diaspor təşkilatları, bütün fəallar dünya ictimaiyyətinə çatdırmalıdır.

Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalı, vətənimizə qarşı hələ bu gün də davam edən informasiya təxribatına qarşı öz doğruları ilə, reallıqla mübarizə aparmalıdır. Bu vəzifəsindən, kimliyindən, harada yaşamasından asılı olmayaraq, azərbaycanlı adını daşıyan hər kəsin məqsədi olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi