Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfəri

Azərbaycanın müstəqil dövlət kimi dünyanın siyasi arenasında özünəməxsus yer tutması, sürətli və inamlı inkişafı Prezident İlham Əliyevin gərgin əməyi və yorulmaz iradəsinin təzahürüdür. Əvəzolunmaz liderin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunur. Bunu son dövrdə baş verən hadisələr zəmnində də müşahidə etmək olar.
Bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Rəsmi səfər çərçivəsində bir çox sahələri əhatə edən birgə bəyanat imzalanmışdır.
İmzalanmış sənədlər çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi əhəmiyyətə malikdir. Belə ki, istər reegional, istərsə də beynəlxalq problemlərin həlli yolunda bu cür əməkdaşlıq olduqca vacibdir. Eyni zamanda Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir ki, bu da hər iki dövlətin müstəqilliyinin təminatıdır.
Bundan başqa iki dövlət arasında nəqliyyat infrastrukturunun səmərəli fəaliyyəti, kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübələrin öyrənilməsi, enerji sektorunun gücləndirilməsi sahəsində səylərin birləşdirilməsi məsələlərinə də toxunulmuşdur.
Qırğız xalqı ilə bizi birləşdirən ortaq tarix, ədəbiyyat, mədəniyyət dövlətlərarası münasibətlərin də sarsılmaz dostluğa çevrilməsinə imkan verir. Heç də təsadüfi deyil ki, 30 illik həsrətinə son qoyduğumuz Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan da dəstəkləmişdir.
Biz bu gün qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Respublikasının rifahına xidmət edir.