31 mart Azərbaycanlıların "Soyqırımı günü"

Bu gün məktəbin tarix müəllimi Çobanov Amil müəllim 31 mart Azərbaycanlıların "Soyqırımı günü" nə həsr olunmuş tədbir keçirtmişdir. Şagirdlər öncə Soyqırıma həsr olunmuş sənədli film izləmişlər.
Tədbirdə qeyd edilmişdir ki, azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Soyqırıma həsr olunmuş slaydlar nümayiş olunub. Şagirdlərin fikirləri dinlənilib, suallar cavablandırılıb.