Beynəlxalq Pi günü

Ümumdünya Pi gününün 14 mart tarixində qeyd olunması onunla bağlıdır ki, Pi ədədi 3,14-ə bərabərdir. Mart təqvimdə 3-cü aydır. Beləliklə, 3-cü ayın 14-cü günü 3.14 -lə uzlaşdığı üçün bu tarix Beynəlxalq Pi günü kimi qeyd edilir. Bu ideyanı 1987-ci ildə San-Fransiskoda məşhur fizik Larry Shaw irəli sürüb. 2009-cu ildə isə amerikalılar 14 martı Beyəlxalq Pi günü elan ediblər. Görək məktəbli dostlarımız bu haqda nə bilirlər?Pi ədədi riyaziyyat aləmində olduqca geniş istifadə olunan və sirrlərlə dolu məşhur sabitdir. Bu ədədin simvolu yunan əlifbasının 16-cı hərfidir. Pi, eyni zamanda, Yunanca çevrə mənasını verən “perimetr” sözünün də ilk hərfidir. İsveçrəli riyaziyyatçı Leonard Eyler 1737-ci ildə nəşr etdiyi əsərində çevrə uzunluğunun diametrinə nisbətindən bəhs edərkən bu simvoldan istifadə edib. 1596-ci ildə Alman Ludolf Van Seylen “Pi”nin vergüldən sonrakı 20 pilləsini hesablayıb və bu rəqəm Avropada Ludolf sabiti olaraq tanınıb. O tarixdən sonra “Pi” ədədinin vergüldən sonrakı pillələrində milyardlarla rəqəm hesablanıb.

Bu gün məktəbin Riyaziyyat müəlliməsi Mahizər Zeynalova şagirdlərə Beynəlxalq Pi günü haqqında ümumi məlumat verdi və kiçik viktorina hazırlamışdır. Viktorinada aktiv iştirak edən şagirdlərə hədiyyələr təqdim olundu. Bu tədbir şagirdlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi