"Bizim böyük Qələbəmiz"

11.03.2022-ci il tarixdə məktəbimizdə "Bizim böyük qələbəmiz" adlı kitabın təqdimatı keçirilmişdir. Tədbir tərbiyə işləri üzrə direktor müavini Leyla Kərimova, Tarix müəllimi Amil Çobanov və şagirdlərin iştirakı ilə baş tutmuşdur.
Görüşdə Amil müəllim çıxış edərək 44 günlük Vətən müharibəsinin gedişatı, şanlı qələbəmizin tarixi və ali baş komandan cənab İlham Əliyevin yüksək strateji əməliyyatlar və dünya mediyasıyasında layiqli cavabları barədə söhbət açmışdır.
Eləcə də kitabda öz əksini tapmış tarixi məlumatlar və faktlar barədə məlumat verilmişdir.