İradə Lələyeva səmərəli fəaliyyətinə görə Nərimanov rayonu Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur

Məktəbimizin peşəkar müəllimlərindən olan İradə Lələyeva 1969-cu ildə Qəbələ rayonunda anadan olmuşdur.
Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan İradə müəllim 32 ildir ki, yorulmadan çalışır. Onun şagirdləri dəfələrlə müxtəlif yarışlarda iştirak etmiş və məktəbimizi layiqincə təmsil etmişlər.
İradə Lələyeva səmərəli fəaliyyətinə görə Nərimanov rayonu Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
İradə müəlliməni təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.