Bu gün Azərbaycanın dövlət və ictimai xadimi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi müharicətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür.

O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olmuşdur.

Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib.

1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə Mərkezi Komitəsinin sədri seçilib.

1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya Parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili franksiyaların çəkişmələri nəticəsində ləğv olunub.

Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa vurdu.

1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə Moskvaya, oradan isə Finlandiyaya gedib. Sonradan Rəsulzadə Turkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi