Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir.
Bu gün məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Abbasova Aynurə müəllimi 8C sinif şagirdləri ilə Laçının işğaldan azad olunması günü münasibəti ilə dəyirmi masa təşkil olunmuş, Laçın rayonunun strateji əhəmiyyəti və tarixi haqqında danışmışdır. Şagirdlərə tarixi zəfərimizi xatırladaraq, bu Zəfərin tarixi əhəmiyyətini qeyd etmişdir.