19.11.2021 tarixində 37 nömrəli tam orta məktəbin məzunu olmuş Sənan Abdullayevin anım günü keçirilib.

Sənan Abdullayev 1998-ci il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.2005-2016-cı illərdə M.Məmmədov adına 37nömrəli tam orta məktəbində təhsil almışdır.
Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmış,oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanı şəhid olmuşdur.Sənan Abdullayevin nəşi doğum günündə,noyabrın 1-də tapılıb, noyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunmuşdur.