8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər planına uyğun olaraq məktəbimizin 8a sinif şagirdləri "Hərbi Qənimətlər Parkı"nda olublar.

Sinif rəhbəri Əliyeva Esmira Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqları haqqında şagirdlərə ətraflı məlumat verib.
Qeyd edək ki, “Hərbi Qənimətlər Parkı” da düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat - hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur.