05.10.2021-ci il tarixində məktəbimizin qəhrəman şəhidlərindən biri olan Sənan Şahin oğlu Abdullayevin anım günü ilə bağlı məktəbdə tədbir təşkil olundu.

Tədbirdə məktəbin bir qrup şagirdi şəhidimizin əziz xatirəsinə həsr olunmuş şeir və musiqi parçaları ifa etdilər. Tədbirdə məktəbin direktoru Məhəbbət Əsgərova və şəhidin ailə üzvləri çıxış etdilər. Anım günü tədbirində şəhidimizin ailə üzvləri və məktəb kollektivi iştirak etdi.

Məktəb kollektivi adından şəhidimizin ailəsinə səbr, şəhidimizə Allahdan rəhmət diləyirik. Ruhu qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi