2021-2022-ci tədris ilinin başlanması ilə əlaqədar 22 sentyabr 2021-ci il tarixdə I-IV siniflər məktəbə axışdılar.

Bu gün doğma məktəb yenə özünün isti, mehriban qoynunu öz şagirdlərinə açdı.

Əyani tədrisin xüsusi karantin rejimi dövründə aparılmasını nəzərə alaraq, sanitar-epidemioloji qaydalara riayət olundu.

Şagirdlərimiz dövlət himnimizi səsləndirdikdən sonra siniflərə daxil oldular .

İlk dərslərimiz "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu.

Bütün müəllimləri və şagirdləri ilk dərs gününün başlanması münasibətilə təbrik edir, tədris ilinin ənənəvi şəkildə davam etməsini arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi